“Barselona”nın futbolçusu Artur sıradan çıxıb.
Unikal.org xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Arturla yanaşı, Mark-Andre ter Ştegenin də dizində problem var. Ancaq 27 yaşlı qapıçının sağalma müddəti açıqlanmayıb.
Artur bu mövsüm 12, ter Ştegen isə 23 oyuna çıxıb.