"Bakı Metropoliteni" QSC retro vaqonların "İçərişəhər" stansiyasında qalma müddətini daha bir gün uzadıb.
Unikal.org xəbər verir ki, bu barədə qurumun yaydığı xəbərdə qeyd edilir.
Məlumata görə, buna səbəb sərnişin marağıdır: "Sərnişinlərin marağı və çoxsaylı müraciətlər nəzərə alınaraq, retro vaqonlardan ibarət qatar yanvar ayının 2-də də "İçərişəhər" stansiyasının 1-ci baş yolunda nümayiş olunacaq".