Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən qəsb edilmiş ərazisində işğalçı ordunun əsgəri ölüb.

Unikal.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla saat 11:30-da baş verib. Ermənistan ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Artem Arturoviç Kazaryan vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.

Ermənistan ordusunun mətbuat xidməti xəbəri təsdiqləyib. Bildirilib ki, hərbi qulluqçunun ölümü ilə bağlı istintaq aparılır.