“Yuventus” rəhbərliyi portuqaliyalı ulduzu Kristiano Ronaldonun müqavilə müddətini uzatmaq barədə qərar qəbul edib.
Unikal.org xəbər verir ki, dekabrın 29-da Ronaldonun meneceri Jorje Mendeş Turin klubunun nümayəndələri ilə müzakirələr aparıb.
Yeni müqaviləyə həmçinin qarşılıqlı razılaşma əsasında 2022-ci ildə başa çatacaq anlaşmanın daha bir il artırılması ehtimalı ilə bağlı bənd də əlavə oluna bilər.
Yeni razılaşma ilə Ronaldonun maaşı əvvəlki səviyyədə qalacaq – illik 35 milyon avro.