Azərbaycandakı bankların müştərilərinin sayı 2019-cu ilin əvvəlindən 25,6% artaraq ötən ilin dekabrın 1-nə 7 958 631 nəfərə çatıb.
Unikal.org-un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bank müştərilərinin sayı həmin ilin əvvəlindən 25,6%, ötən ilin noyabrın 1-i ilə müqayisədə isə 1,4% artıb.
2019-cu il dekabrın 1-nə əsasən, bank müştərilərinin 323 454 nəfərini və ya 4,1%-ni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər əhatə edib. Bu kateqoriyadan olan müştərilərin sayı da həmin il noyabrın 1-nə nisbətən 1,1%, ilin əvvəlindən isə 22,4% artıb.