Bərdə rayonunun prokuroru və köməkçisi işdən çıxarılıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, rayon prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov və onun köməkçisi Babək Paşayev işlərində yol verdiyi nöqsanlara görə vəzifələrindən azad ediliblər.
Xatırladaq ki, rayon prokuroru F.Məmmədov bundan əvvəl Tovuz rayon prokuroru vəzifəsində işləyib. O, 2015- ci ildə Bərdə rayonuna təyinat alıb.