Qarabağ"la danışıq aparan "Ərzurumspor"un qapıçısı İbrahim Şehiçin bu gün toyudur.
Unikal.org Sportinfo.az-aistinadən xəbər verir ki, Bosniya və herseqovinalı qolkiper bacısının rəfiqəsi ilə evlənir. Toy mərasimi paytaxt Sarayevoda olacaq.
"Qarabağ" Şehiçə 2 illik müqavilə təklif edib. Türkiyə klubu 31 yaşlı təcrübəli qapıçı üçün 350 min dollar təzminat tələb edir.