Yeni ildə böyük müştəri axını yaşanan bazarlarda bayram sonrası durğunluq yaşanır.
Unikal.org Xezerxeber.az-a istinadən məlumat verir ki, "Yaşıl bazar"da fəaliyyət göstərən satıcılar bildirir ki, həm bura üz tutanların sayı azalıb, həm də bəzi məhsulların qiymətində ucuzlaşma var.
Alıcılar da qiymətlərdə az da olsa ucuzlaşma olduğunu bildirirlər.
Bazarda mövsümə uyğun məhsullar olsa da, adətən yayda yeyilən qarpız-yemişə də rast gəlinir. Qiymətləri baha olan bu bostan məhsulları əsasən xaricdən gətirilir.
Eyni mənzərə Keşlə bazarında da hakimdir. Alıcıların demək olar ki, gözə dəymədiyi bazarda satıcılar əllərində qalan məhsulu daha ucuz qiymətə satdıqlarını deyirlər.
Alıcılar isə bildirir ki, bayramdan öncəki qiymətlərlə sonrakı qiymətlər arasında o qədər də fərq yoxdur.