Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu yanvarın 05-də gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

Unikal.org-a daxil olan məlumatda deyilir:

Bakıda və Abşeron yarımadasında

Arabir yağış yağacağı gözlənilir.  Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var.  Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-9° isti, Bakıda  gecə 3-5° isti, gündüz  7-9° isti olacaq. Atmosfer  təzyiqi 761 mm  civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 % olacaq.    

Tibbi-meteoroloji proqnoz 

Yanvarın 05-06-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında 

Əksər rayonlarda əsasən yağmursuz. Lakin bəzi cənub və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı  yerlərdə duman.  Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz  6-11°  isti, dağlarda gecə 3-8° şaxta, gündüz  0-5° isti olacaq.