Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, yanvarın 3-də saat 22 radələrində Zaqatala şəhəri ərazisində Yuxarı Tala kənd sakini M.Surxayev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən şəhər sakini Fərasət Davudovanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.