Sabahdan etibarən bölgələrdə avtovağzallardan və avtostansiyalardan Bakıya gələnlərin sayında artım olacaq.
Unikal.org Xezerxeber.az-a istinadən məlumat verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, ölkənin 56 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi davam edir. Bayramın son günlərində sıxlıq yaşanan region avtovağzalları ehtiyat avtobuslarla təmin ediləcək
Qurumdan həmçinin bildirilib ki, süni qiymət artımına da ciddi nəzarət ediləcək.
Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin sözçüsü Pərvin Məmmədova isə bildirib ki, dekabrın 25-dən etibarən bu günə qədər bölgələrə 100 mindən artıq sərnişin daşınıb. Buna görə də bölgələrdən Bakıya kifayət qədər insanın üz tutacağı gözlənilir.
Həmçinin o da bildirilib ki, ehtiyac olan bütün avtovağzal və avtostansiyalar əlavə avtobuslarla təmin ediləcək.