Xaçmaz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Çaykənarı kənd sakini, 1995-ci il təvəllüdlü Hacıbalayeva Gültəkin Zahid qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onun müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir.
Hadisənin səbəbləri araşdırılır.