Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2264 nəfər müraciət edib.
Unikal.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, namizədlərin 462 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: "16 nəfər təşəbbüs qrupları tərəfindən, 1786 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".
M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2116 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: “Onlardan 1976 nəfəri isə imza vərəqələrini artıq götürüb, 682 nəfəri qaytarıb, 394 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.