İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə gecə saat 02:00 radələrində İmişli-Qaravəlli-Mirili yerli əhəmiyyətli avtomobil yolunun Qaralar kəndindən keçən hissəsində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Orucov Mehman Afəddin oğlunu avtomobil vurub. Yaralı kəllə-beyin travması və daxili qanaxma ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq üzərində cərrahiyə əməliyyatı aparılıb. Hazırda onun vəziyyəti orta ağırdır. 

Faktla bağlı araşdırma aparılır.