Bakının Xətai rayonunda gənc oğlan özünü dənizə atıb. 

Unikal.org xəbər verir ki, hadisə Ağ Şəhər bulvarında baş verib. Gənc oğlanın intihar məqsədi ilə özünü dənizə atdığı ehtimal edilir.

Apa-nın məlumatına görə, 28 yaşlı Əbilov Cabir Hakim oğlunun hansı şəraitdə dənizə düşdüyü məlum deyil. O, ətrafdakı sakinlərin köməkliyi ilə dənizdən çıxarılıb. C.Əbilov 1 saylı Xəstəxanaya çatdırılıb.

Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.