Qarabağ müharibəsi qazisi, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun atası İbrahim Orucov vəfat edib.

Unikal.org-un xəbərinə görə, İ.Orucov bu gün Sumqayıt şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

İ.Orucov bir neçə il bundan əvvəl insult keçirmişdi.

Allah rəhmət eləsin!