İmişlidə piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub. 

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 5-də rayonun Qaralar kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Yalavac kənd sakini M.Orucov vurulub. Piyada xəstəxanaya yerləşdirilib. 

İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Yalavac kənd sakini V.Mustafayev saxlanılıb.