Gəncədə keçmiş məhkumdan tapança götürülüb. 

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Gəncə şəhəri Baş Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş B.Səmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.