Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2296 namizəd müraciət edib.

Unikal.org-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahovun sözlərinə görə, 463 nəfər 19 siyasi partiya, 17 nəfər təşəbbüs qrupları tərəfindən, 1816 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: "Onlardan 2146 nəfərinin namizədliyi artıq təsdiq olunub, 2017 nəfəri isə artıq imza vərəqələrini alıb. 774 nəfər imza vərəqələrini qaytarıb. 458 nəfərin namizədliyi qeydə alınıb".