Futzal üzrə Azərbaycan millisinin üzvü Eduardo Borges Fransa Liqasında çıxış edən ən yaxşı 5 legionerdən biri seçilib.
Unikal.org Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, ötən ilin yekunu ilə əlaqədar səsvermə keçirilib. Yekunda millimizin üzvü “5-lik”də yer alıb.
Qeyd edək ki, Eduardo 2018-ci ilin yayından Fransanın “Access Futsal” klubunda çıxış edir.