Arvadının xəyanət etdiyini iddia edən kişi efirə çıxıb.
Unikal.org xəbər verir ki, ARB TV-nin “Elgizlə izlə” verilişinə çıxan Eldəniz adlı kişi həyat yoldaşı təfərindən xəyanətə uğradığını bildirib.
O, vurğulayıb ki, boşanmış qadınla evlənib.
“Onu uşağı olmamağı üstündə boşamışdılar. Biz evlənəndən 5 il sonra övladı oldu.
Uşağımız olandan 8 gün sonra həyat yoldaşımı başqası ilə telefonla danışanda tutdum.
Dedi Moskvada əmimlə danışıram, dayımla danışıram.
Polisə və prokurorluğa müraciət etdim. Dedilər nömrə izlənəcək, lakin bir xəbər çıxmadı”, - deyə Eldəniz bildirib.
Həyat yoldaşının xəyanətini bağışlasa da, sonradan yenə də aldadılıb.
“İşdən evə gələndə qapıdan gizlincə qulaq asdım. Gördüm ki, telefonda kimləsə danışır, ağlayır. Ağlaya-ağıaya deyir ki, nə vaxta kimi məni incidəcəksən, özümü öldürəcəyəm”.
Eldəniz iddia edib ki, arvadı evlərinin altında xüsusi yer açıb. Evdə adam olmayanda yad kişilərlə həmin yerdə görüşürmüş.