DİN Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlu vəzifəsindən azad olunub.
Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, B.Əhmədov təqaüdə göndərilib. Onun yerinə hələki təyinat yoxdur.
Xəbəri DİN Baş DYP İdarəsindən Unikal.org-a təsdiqləyiblər.
Famil Fərhadoğlu