Hacıqabulda 13 yaşlı qız dəm qazından boğulub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Meyniman kəndində qeydə alınıb. Kənd sakini, 13 yaşlı Muradova Samirə Şamil qızı yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.