İngiltərə Liqası Kubokunun birinci yarımfinal matçında "Mançester Yunayted" "Mançester Siti”yə 1:3 hesabı ilə uduzub.

Unikal.org xəbər verir ki, görüş Mançesterin "Old Trafford" stadionunda baş tutub. 

Qarşılaşmada hesab 17-ci dəqiqədə açılıb. Bernard Silva ilk qolun müəllifi olub. Riyad Marez matçın 33-cü dəqiqəsində "şəhərlilər"in üstünlüyünü artırıb. Bir neçə dəqiqə sonra "Mançester Yunayted"in yarımmüdafiəçisi Andreas Pereyra hesabı 3:0-da çatdırıb.

“Mançester Yunayted” bu qollardan yalnız birinin əvəzini çıxıb. Komandanın yeganə qolunu ikinci hissənin ortalarında Markus Raşford vurub.