“2020-ci il yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni, təxminən, 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib".
Bunu Unikal.org-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur: "Tərəfimizdən ərazidə monitorinqlər aparılır. Hazırda sürüşmə prosesi davam edir. Təhlükənin olub-olmaması barədə aidiyyatı qurumlar gəlib baxış keçirib qərar qəbul edəcək”.
Onun sözlərinə görə, yolun hərəkət hissəsinə tökülən kütlə tamamilə götürülməlidir: “Proses tam dayandıqdan sonra nəsə demək olar. Hazırda baş verən sürüşmə prosesi 2018-ci ildə baş verən hissədə yerindən tərpənmiş kütlənin üzərində gedir".
Xatırladaq ki, Bakının Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində yenidən sürüşmə qeydə alınıb.