Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi bu gün səhər saatlarında Badamdar qəsəbəsində baş verən sürüşmə ilə əlaqədar sürücülərə müraciət edib.

Unikal.org-un xəbərinə görə, idarədən bildirilib ki, sürüşmə ilə əlaqədar olaraq sürücülər alternativ yol kimi Azneft dairəsi ərazisindən və Badamdar qəsəbəsinin içərisindən hərəkət etsinlər.