Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun yenidən qurulması ilə bağlı həyata keçirilən işlərlə tanış olub.

Unikal.org xəbər verir ki, söküntü işləri yekunlaşıb və artıq stadionun yenidən qurulması işlərinə başlanılıb. 

Qeyd edək ki, 1966-cı ildə istifadəyə verilən, 53 ildə bir çox beynəlxalq oyuna şahidlik edən stadion tamamilə sökülərək yerində yeni və müasir tələblərə cavab verən üstüörtülü arena inşa olunacaq.

Yenidənqurma işlərindən sonra arenanın azarkeş tutumu artırılacaq.  Ərazidə üstüörtülü iki ehtiyat meydançanın da tikilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 21 noyabr 2019-cu il tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.