“Tovuzdakı cinayət birbaşa Daxili İşlər naziri Vilayət Eyvazov və Baş Prokuror Zakir Qaralovun nəzarətindədir”.
Unikal.org xəbər verir ki, bunu Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov bildirib.
O, qeyd edib ki, hər iki qurumun vəzifəli şəxsləri 10 yaşlı Nərminin meytinin aşkar edildiyi zamandan hadisə yerinə ezam ediliblər:
“Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, general-mayor Arzu Daşdəmirov və Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, general Kamal Qılıcov Əməliyyat istintaq qrupunun rəhbəri kimi həmin gündən rayona ezam olunublar. Onlar əməliyyat-istintaq tədbirlərinə nəzarət edirlər”.