Bakıda yol qəzasında xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyev növbəti dəfə əməliyyat olunacaq.

Unikal.org xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Alı Gülalıyev məlumat yayıb.

Onun sözlərinə görə, atasının durumunda müsbət irəliləyişlər olmasına baxmayaraq, həkiminin etdiyi ağrıoyadıcıya hələki cavab çox zəif verdiyindən, dünən yox öncəki gün MRİ ediblər:

"Nəticəyə görə beynində akut hidrosefali (kəskin surətdə su artması) yaranıb. Bu səbəbdən sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq. İnşAllah əməliyyat uğurlu keçər. Xoş xəbərlər vermək ümidi ilə".