“Yeni Zaman” Partiyası sədrinin seçkidə iştirakı rəsmiləşib.
Unikal.org xəbər verir ki,118 saylı Ağdam şəhər Dairə Seçki Komissiyası “Yeni Zaman” Partiyası sədri Musa Ağayevin deputatlığa namizədliyini qeydə alıb.
Qeyd edək ki, Musa Habil oğlu Ağayev 1965-ci ildə Ağdam rayonunda anadan olub. 1983-cü ildə Ağdam şəhər 6 saylı orta məktəbi qızıl medalla bitirərək, Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunub. 1990-cı ildə Bakı Dövlət Universitetini bitirib və elmi fəaliyyətlə məşğul olmaq üçün Universitetdə saxlanılıb. Elmi fəaliyyətinə ara verərək Qarabağın müdafiəsində iştirak edib. Sonrakı illərdə ictimai-siyasi proseslərə qoşulub və hazırda sədri olduğu “Yeni Zaman” Partiyasını təsis edib.