Bu gün AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik “Qarabağ” klubunun bazasında olub.
Unikal.org xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komitənin sədrinin iştirakı ilə “Qarabağ”ın əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
Seminarda hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında müzakirələr aparılıb və komandaya məlumatlandırıcı videolar təqdim olunub.