Rusiyanın "Dinamo" (Moskva) klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.

Unikal.org Moskva təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Ramil Şeydayev ötən ilin yayında "Dinamo"ya keçib. 23 yaşlı hücumçunun klubla müqaviləsi mövsümün sonunda başa çatmalı idi.