Bakıda evdə 48 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Unikal.org-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Pitikov Andrey Aleksandroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.