Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu gün 90 yaşını qeyd edən Sumqayıtın ilk qurucularından olan Gülbahar Vəliyevanı yaşadığı evdə ziyarət edib.

Unikal.org xəbər verir ki, Zakir Fərəcov Gülbahar Vəliyevanı doğum günü münasibəti ilə təbrik edib, ona uzun ömür can sağlığı arzulayıb. Şəhərin inkişafında göstərdiyi xidmətlərə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanını Gülbahar Vəliyevaya təqdim edib.

Vurğulanıb ki, 70 il bundan öncə Sumqayıtın salınmasında qadınların da əvəzsiz rolu olub. Gülbahar Vəliyeva Sumqayıta 1949-cu ildə gəlib. Əmək fəaliyyətinə 1 saylı tikinti trestinin 16-cı təmir idarəsində rəngsaz kimi başlayıb. Çalışdığı şəhərdə gənclər təşkilatının üzvü olan Gülbahar Vəliyeva ictimai işlərdə də yaxından iştirak edib, keçirilən tədbirlərdə fəallıq göstəririb. Gülbahar Vəliyeva 1971-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.

Bildirilib ki, Gülbahar Vəliyevanın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. İki çağırış deputat olan Gülbahar xanım Prezident İlham Əliyevin sərəncamı ilə 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Gülbahar Vəliyeva və ailə üzvləri şəhər rəhbərinə diqqətə görə təşəkkürünü bildirib.