Astarada tənha yaşayan kişinin meyiti evində aşkarlanıb.

Unikal.org xəbər verir ki, evində meyiti tapılan şəxs Astara şəhər sakini, 66 yaşlı Lətif Məmməd oğlu Əliyevdir.

Bu barədə polisə L.Əliyevin Bakıda yaşayan qardaşı polisə məlumat verib. O, qardaşının telefon zənglərinə cavab vermədiyindən narahat olaraq hüquq-mühafizə orqanlarına müraciət edib. Evə baxış keçirərkən L.Əliyevin meyiti aşkar olunub. Aidiyyati üzrə təhvil verilən meyitinn ekspertiza nəticəsində 10 gün əvvəl dünyasını dəyişdiyi müəyyən edilib.

Mərhumun üzərində hər hansı zorakılıq əlamətinin olmadığı bildirilir.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.