İstanbulda gecə saatlarında bir yanğına gedən polis və yanğınsöndürən qrupları 26 yaşlı gənci evinin arxa həyətində yaralı halda tapıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, xəstəxanaya aparılan şəxs orada dünyasını dəyişib. Hadisənin cinayət olub-olmadığını araşdıran polislər ölən şəxsin çılpaq tapıldığını və boyun nahiyəsində qan olduğunu bildiriblər.