Yaponiyada işçi tapmaq problem getdikcə artır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təkcə 2019-cu ildə 426 şirkət işçi tapa bilmədiyi üçün iflas edib. Bu sayının 2013-cü ildən sonra qeydə alınan ən yüksək rəqəm olduğu bildirilib.
Cəmiyyətdə gənc nəslin payının az olduğu Yaponiyada işçi tapmaq problemi ən çox tikinti və xidmət sahələrində müşahidə edilir.