“Açıq qapı” günündə UNEC-in rektoru, professor Ədalət Muradovla birlikdə İctimai Nəzarət Şurasının üzvləri - təhsil eksperti, professor Şahlar Əsgərov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, həmçinin universitetin aidiyyatı struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Unikal.org xəbər verir ki, “Açıq qapı” imtahan sessiyası ilə bağlı keçirilməsinə baxmayaraq, bu məsələyə aid müraciətlər az olub. Bu barədə cəmi 3 tələbənin müraciəti olub ki, onlar da dinlənilərək ətraflı araşdırılması üçün müvafiq strukturkarın rəhbərlərinə tapşırıq verilib. Bundan başqa, təhsil haqqı ilə bağlı rektora ünvanlanan valideyn müraciəti elə professor Ədalət Muradov tərəfindən müsbət həll edilib.
“Açıq qapı”da işə qəbulla bağlı da müraciətə baxılıb. Qəbulda, habelə tanınmış naşir, “Qanun” Nəşriyyat Evinin rəhbəri Şahbaz Xudoğlunun təklifləri dinlənilib. UNEC-in, bu nəşriyyatın məhsulu olan və iqtisadiyyatın müxtəlif sahələrinə aid kitabları alması, universitetin tədqiqatçıları ilə birgə elmi nəşrlərin hazırlanması, ümumiyyətlə UNEC-lə nəşriyyat arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Nəzərə alınıb ki, irəli sürülən təkliflər göstərilməklə UNEC-lə “Qanun” Nəşriyyat Evi arasında əməkdaşlığa dair memorandum layihəsi hazırlansın və qəbul edilsin.