Yağıntılı havalarda avtomobil tunellərində və yeraltı piyada keçidlərində yağış sularının yığılmasının qarşısını almaq məqsədi ilə təmizlik işləri aparılıb.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Unikal.org-a verilən məlumata görə, Bakı şəhərində mövcud olan bütün avtomobil tunellərinin yanaşma yollarında və içərisində, həmçinin yeraltı piyada keçidlərində olan yağış-kanalizasiya sistemi təmizlənərək ötürücülüyü bərpa olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil tunellərindən və piyada keçidlərindən istifadə edən vətəndaşlardan yağış-kanalizasiya sistemlərinin ötürücülüyündə problemlərin yaşanmaması üçün təmizliyə riayət etmələrini xahiş edir.