Bu həftə Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.
Unikal.org xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.
Bildirilib ki, yanvarın 17-dən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-a qədər davam edəcək.
Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilərin keçirilməsi bu ilin fevralın 9-na təyin edilib.