Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Unikal.org xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyev bununla bağlı yanvarın 14-də əmr imzalayıb. 

Əmrə əsasən, bu vəzifəyə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov təyin edilib.  

Qeyd edək ki, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad olunub.