Moskvanın "Lokomotiv" klubunun 29 yaşlı forvardı Fyodor Smolov bu yaxınlarda yeni sevgilisinin kimliyini açıqlanıb.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, onun sevgilisi mərhum prezident Boris Yeltsinin nəvəsi 17 yaşlı Mariya Yumaşevadır.
Cütlük Karib dənizində dostları ilə birlikdə istirahət edərkən şəkil çəkdiriblər.
Bildirilir ki, cütlük evlənməyi 1 il sonra üçün təxirə salıb. Belə ki, Mariya yetkinlik yaşına çatdıqdan sonra evlənmək niyyətindədirlər.
Xəbər artıq sosial şəbəkələrdə paylaşılıb və bu da birmənalı qarşılanmayıb. Futbolçunu yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqədə olduğu üçün qınayıblar. İstifadəçilər futbolçunun öz yaşına uyğun bir qadın tapmağa çağraraq yazıblar:
"Fedya, o, yetkin deyil və buna maddə düşür".
Mariya haqqında məlumat kifayət qədər deyil. Bildirilir ki, o, xarici dilləri dərindən öyrənən elit məktəbi bitirib və bəzi məlumatlara görə, valideynləri kimi Avstriya vətəndaşıdır.