Almaniyanın 22 yaşlı məşhur fiqurlu konki sürəni Vanessa Bauer ehtiyatsızlığının qurbanı olub.
Unikal.org məlumat verir ki, qarşıdakı günlər üçün şou səhnə hazırlayarkən buz meydançasında tək məşq edən Vanessa ani diqqətsizlik üzündən yerə yıxılıb və ciddi xəsarət alıb.
Məşhur alman fiqurlu konki sürəni Vanessa Bauer üz üstə yerə yıxılıb. O mətbuata açıqlamasında “Mən ehtiyatsızlığın qurbanı oldum” deyib.
Qeyd edək ki, həkimlərin ilkin müayinə zamanı gənc rəqqasın ciddi xəsarət almasına görə bəzi şoularda iştirak edə bilməyəcəyini bildirib.