"“Binə” və “Sədərək” Ticarət Mərkəzlərindəki mağazalara kassa aparatının quraşdırılması tam olaraq 2021-ci ildə başa çatdırılacaq".
Unikal.org xəbər verir ki, bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib:
"Nəzarət-kassa aparatlarının quraşdırılması və onlayn ödənişlər ictimai nəzarəti gücləndirməklə prosesləri daha şəffaf edəcək. "“Binə” və “Sədərək” Ticarət Mərkəzlərindəki mağazalara kassa aparatının quraşdırılması dörd mərhələdən ibarətdir. Artıq bu prosesin 3 mərhələsi başa çatıb, dördüncü həyata keçirilir".