Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" futbol komandası ilk yoxlama oyununu keçirib.
Unikal.org xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv Almaniya III Budesliqa təmsilçisi "Çikau" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan klubunun məğlubiyyəti ilə yekunlaşıb - 1:4.
Qeyd edək ki, "Keşlə" Antalyada növbəti yoxlama matçını yanvarın 22-də Rusiyanın "Arsenal" (Tula) klubuna qarşı keçirəcək.