Ankarada pul mübadilə mərkəzindən çıxan sürücünü avtomobil vurub.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, yolun qarşı tərəfində saxladığı avtomobilinə polisin cərimə yazdığını görüb və qaçaraq yolu keçmək istəyib. Bu zaman onu maşın vurub və əlindəki pullar da ətrafa saçılıb.
Yaralanan sürücü təcili yardımla xəstəxanaya aparılıb. Qəza anı isə təhlükəsizlik kamerası ilə lentə alınıb.