2019-cu ilin yanvar-noyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1861 nəfər gələn, Azərbaycandan isə 1511 nəfər gedən qeydə alınıb.
Bu barədə Unikal.org-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bununla da miqrasiya saldosu müsbət 350 nəfər təşkil edib.