Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 42 saylı Sumqayıt 2-ci seçki dairəsindən irəli sürülmüş Tahir Mirkişili deputat olduğu ötən dörd ilin hesabatını seçicilərə fərqli şəkildə təqdim edib.
Unikal.org xəbər verir ki, deputatlığa namizəd Tahir Mirkişili ötən 4 il ərzində 115-dən çox kütləvi görüşlərdə iştirak edib. Vətəndaşların müraciətinin 75%-inin həlli ilə məşğul olub. İşlə bağlı müraciətlərin 65%-ni həll edib.
Eyni zamanda, Azərbaycanın beynəlxalq arenada hüquqlarının qorunmasını həyata keçirib.
Deputatlığa namizəd Tahir Mirkişilinin videohesabatı bu sahədə bir ilkdir.
Həmin videohesabatı təqdim edirik: