Suriyanın şimal-qərbində minalanmış avtomobilin partlaması nəticəsində 8 nəfər ölüb.

Unikal.org  xəbər verir ki, bu barədə RİA “Novosti” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Hələb əyalətinin şimalındakı Aazaz şəhərində baş verən partlayış nəticəsində 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomobil restoran və yanacaqdoldurma mərkəzinin qarşısında partladılıb.