"Koronavirusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var".
Unikal.org-un məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Hazırda Çində ümumilikdə 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Dövlət xətti ilə təhsil alan tələblərin sayı isə 62 nəfərdir. Koronavirusun yayıldığı bölgələrdə 7 tələbəmiz var. Təhsil Nazirliyi Xarici İşlər Nazirliyi və Çindəki Azərbaycan Səfirliyi ilə daim əlaqə saxlayır. Həmin tələbələrlə səfirlik vasitəsilə əlaqə saxlanılır. Bizdə olan məlumata görə, 50-dən artıq ölkə öz vətəndaşlarını çıxartmaq üçün Çinə müraciət edib. Bizim də Xarici İşlər Nazirliyindən əldə etdiyimiz məlumata əsasən, bu gün Çin Xarici İşlər Nazirliyində iclas olacaq. Ondan sonra açıqlama olacaq ki, Çin tərəfi hansı növbəti addımları atmağı planlaşdırır. Buna dair açıqlama olduqdan sonra növbəti addımlar atılacaq. Biz bunu diqqətdə saxlayırıq".